ADU-da “Heydər Əliyev və diaspora quruculuğu” mövzusunda açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tədbirlər planına əsasən, 165A-165 B qruplarına “Heydər Əliyev və diaspora quruculuğu” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə Regionşünaslıq kafedrasının müdiri prof. S. Əliyeva Ulu öndərin Azərbaycanda yenidən rəhbərliyə qayıtması, respublikada yaranmış ağır vəziyyət və ondan sonrakı inkişaf üçün bütün daxili və xarici potensialın toplanması və uzun gələcək üçün tənzimlənməsi sahəsində əvəzedilməz rolundan danışıb.
Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva diaspora hərəkatının mahiyyəti, dünya ərazisində yayılmış azərbaycanlılar və onların müxtəlif cəmiyyət və assosiasiyalarının yaranmasından danışıb.
Dosent Nigar Hüseynova xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaranması sahəsində Ümummilli liderin rolundan, t.ü.f.d. Təranə Quluzadə isə 44 günlük müharibə dövründə xaricdə yaşayan həmvətənlərimizin xaricdən mümkün dəstəklərinin təşkilində Azərbaycan diaspora təşkilatlarının rolu haqqında məlumat veriblər.









