Xarici ölkələr ədəbiyyatı kafedrası müsabiqə elan edib
24 mart, 2023

Əziz tələbələr!
Sizi 01-07 aprel 2023-cü il tarixlərində ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş esse müsabiqəsində iştirak etməyə dəvət edirik.
Mövzular:
Heydər Əliyev və ədəbiyyat
Heydər Əliyev ədəbi xatirələrdə
Müsabiqənin işçi dilləri: Azərbaycan, rus, ingilis.
Esselərin tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Essenin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – sağdan, qalın şriflə
Fakültə, qrup nömrəsi – sağdan, kursivlə
Həcmi – 2-3 səhifə
Esselər 5 aprel 2023-cü il tarixinədək [email protected] elektron poçtuna və ya çap olunmuş formada ADU-nun əsas binasındakı 303-cü otaqda qəbul olunur.
l,II,III yerlər üzrə qaliblərə sertifikatlar təqdim olunacaq.