XƏBƏRLƏR

ADU-da müəllimlərin işə qəbulu prosesi üzrə maarifləndirici tədbir keçirilib

13 mart, 2023

Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan resursları mərkəzinin təşəbbüsü ilə pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri üçün  müəllimlərin işə qəbulu prosesi üzrə maarifləndirici tədbir keçirilib.

200-ə yaxın tələbənin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi ümümi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu barədə onları məlumatlandırmaq olub.

Tədbirdə müəllimlərin işə qəbulu müsabiqəsi barədə ətraflı məlumat verilib, mövzu ilə əlaqədar tələbələrdə yaranan suallara aydınlıq gətirilib.