XƏBƏRLƏR

ECL İmtahan Mərkəzində Alman dili üzrə növbəti imtahan üçün qeydiyyat keçiriləcək - ELAN

09 fevral, 2023

3 fevral 2023- cü il tarixində Azərbaycan Dillər Universitetinin Rəşid Behbudov küç. 134-də yerləşən inzibati binasında  ECL İmtahanı  Alman dili B1 səviyyəsi üzrə keçirilib.

Növbəti imtahan 3 mart tarixində Azərbaycan Dillər Universitetində keçiriləcək. İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dosent  Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.

Qeyd edək ki,  imtahandan uğurla keçən şəxslər  Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Qeydiyyatdan keçmək istəyən şəxslər  Şəxsiyyət vəsiqəsi ilə birgə  10 fevral 2023-cü il saat 15:00  dək ADU-nun  4- cü mərtəbəsində  yerləşən 412 nömrəli  şöbəyə ( Qrantlar -  Layihələr ) yaxınlaşmağınız  xahiş olunur.

Əlaqə üçün

1.Aida Sobor  tel : 0503757201

2.Qönçə Abdulrəhimova tel: 0503304842