XƏBƏRLƏR

İnklüziv Təhsil Mərkəzi silsilə tədbirlər keçirir

07 fevral, 2023

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi sahə üzrə inkişafın təmin edilməsi, həmçinin maarifləndirmənin həyata keçirilməsi məqsədilə silsilə tədbirlər reallaşdırır.

ADU-nun İnklüziv Təhsil Mərkəzi və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri 08 fevral 2023-cü il tarixində Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin pedaqoji heyətinə təlimlər verəcək, həmin bölgədə üzrə sağlamlıq məhdudiyyəti və inkişaf problemləri olan uşaqlarla diaqnostika işləri apacaqdır.

Qeyd edək ki, ADU əməkdaşları dos.N.E.Zeynalova, S.M.İbrahimova, G.A.Seyidova, ADU və İTM ilə sıx əməkdaşlıq edən Nitq İnkişafı Mərkəzinin rəhbəri, defektoloq-loqoped E.R.Kazımova, psixoloq L.İ.İftixarlının seminar və dəyərləndirməsi Azərbaycan Dillər Universiteti və Biləsuvar rayonunda yerləşən Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi arasında imzalanmış memoranduma əsasən həyata keçiriləcəkdir.