ADU-da “Avstriya günləri” keçirilib
Azərbaycan Dillər Universitetində 02.12 və 03.12.2022-ci il tarixlərində “Avstriya günləri” keçirilib.
02 dekabr tarixində keçirilən təqdimatda ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ölkələr arasındakı qarşılıqlı əlaqələrdən danışıb.
Avstriya səfirliyinin müvəqqəti işlər vəkili Gerhard Lutz ADU-nun Avtriya ilə əməkdaşlığını müsbət qiymətləndirdiyini bildirib
Avstriya səfirliyinin müvəqqəti işlər vəkili Gerhard ADU-nun Avtriya ilə əməkdaşlığını müsbət qiymətləndirdiyini bildirib.
Daha sonra Avstriya respublikasının Təhsil, Elm və Tədqiqat Nazirliyinin OeAD şöbəsinin rəhbəri Norbert Habelt “Kultur und Sprache” (Mədəniyyət və dil) proqramı və onun üstünlüklərindən söz açıb.
Tədbirin davamı olaraq, ixtisasartırma proqramları üzrə təlimçi Thomas Stiglbrunner tərəfindən Germanistika İnstitutunda 2 gün ərzində təlimlər keçirilib.
Qeyd edək ki, ADU və Avstriya Respublikasının Təhsil, Elm və Tədqiqat Nazirliyi arasında olan əməkdaşlıq çərçivəsində universitetimiz uzun illərdi Avstriya Akademik Mübadilə Xidməti (OeAD) ilə birlikdə müxtəlif tədbirlər və müəllimlər üçün ixtisasartırma proqramları təşkil edir.
2010- cu ildən etibarən ADU-da Avstriya kitabxanası fəaliyyət göstərir.
Burada 4000 - ə yaxın kitab, 200 -dən çox DV, CD, qəzet və jurnal mövcuddur. Əsasən Avstriya ədəbiyyatı, dilçilik, metodika, siyasət, tarix, fəlsəfə və digər sahələrə aiddir.
Kitabxananın 1000 -ə yaxın fəal üzvü var. Burada kitab təqdimatları, oxu günləri, məruzələr, dəyirmi masalar, müəlliflərlə görüşlər, film nümayişləri və oyun günləri keçirilir. Müxtəlif istiqamətli təlimlər, Avstriyada təhsil imkanları və təqaüd proqramları haqqında məlumat günləri təşkil olunur, bayramlar qeyd olunur.
Avstriya Akademik Mübadilə Xidməti (OeAD) ilə olan əməkdaşlıq çərçivəsində müəllimlər həm Avstriyada, həm də onlayn formatda ixtisasartırma proqramlarında iştirak edir.
Avstriya Akademik Mübadilə Xidmətinin və universitetin birgə təyin etdiyi müəllim fəaliyyət göstərir.
Lektorat fəaliyyəti üzrə Avstriya mədəniyyəti və ədəbiyyatına dair müxtəlif fənlər tədris olunur.
Tələbələr üçün danışıq klubları və müxtəlif proyektlər təşkil olunur.
ADU hər il 3 ay müddətinə Vyana Universitetindən gəlmiş müəllimin burada təcrübə keçməsini təşkil edir.