ADU-da "Zəfər dərsi" adlı tədbir keçirilib
05 noyabr, 2022

Azərbaycan Dillər Universitetində Təhsil-1 fakültəsinin 402a/b qrup tələbələrinin və Azərbaycan dilçiliyi kafedrasının dosenti Sofiya Mirzəyevanın təşkilatçılığı ilə "Zəfər dərsi" adlı tədbir keçirilib.
Tədbirdə Əsmər Məmmədova, Bəsti Əhmədzadə və digər tələbələrin tarixi zəfərlə bağlı hazırladıqları kompozisiya, təqdimat və çıxışlar nümayiş olunub.
Tədbirin sonunda Təhsil-1 fakültəsinin dekanı F. Cahangirov, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Günel Ələkbərova və tədbirin təşkilatçısı S.Mirzəyeva günün mahiyyətindən söz açıb, Vətən müharibəsində Azərbaycan Ordusunun müstəsna rolundan danışıblar.
Tədbir tələbələrin ifasında "Xudayar təsnifi"nin nümayişi ilə yekunlaşıb.



