XƏBƏRLƏR

ADU-nun Elmi Şurasının nəzdində elmi-nəzəri seminar fəaliyyətə başlayır

02 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının nəzdində elmi-nəzəri seminar fəaliyyətə başlayır. Elmi seminar dilçilik, ədəbiyyat, fəlsəfə, tarix və s. sahələrdəki aktual məsələlərə həsr olunacaqdır.

Seminarda iştirak tələbələr, müəllimlər, tədqiqatçılar, alimlər üçün açıqdır. Hər ay təşkil olunan seminarın cədvəli və mövzusu ilə bağlı məlumatı Elmi Seminar - ADU səhifəsindən əldə edə bilərsiniz. (https://adu.edu.az/az/elmi-tedqiqat/es/

30 noyabr 2022-ci il tarixdə təşkil olunacaq ilk seminar “XX əsr ədəbiyyatında mif”dən bəhs edir. Məruzəçi filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir. İştirak etmək istəyənlər Filologiya elmləri doktoru, professor Qorxmaz H. Quliyev XX əsr ədəbiyyatında mif (30 noyabr, 2022. Saat:11.00. ADU, Amerika Mərkəzi) - https://adu.edu.az/az/elmi-tedqiqat/es/6081.html səhifəsindən qeydiyyatdan keçə bilərlər.