XƏBƏRLƏR

ADU-nun jurnalistika ixtisası üzrə təhsil alan tələbələri Avto FM radiosunda qonaq olublar

14 oktyabr, 2022

14.10.2022-ci il tarixində Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan I və III kurs tələbələri Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Cavid Neymətzadənin təsəbbüsü ilə Radio jurnalistikası fənni çərçivəsində Avto FM (107.7 FM) radiosunda praktik dərs keçiblər.

Praktik dərsdə Beynəlxalq jurnalistika şöbəsinin müdiri baş müəllim Nərgiz Çərkəzqızı iştirak edib. Dərs zamanı müəllim Cavid Neymətzadə tələbələri Avto FM-in səsyazma studiyası, efir otağı, prodüser, rejissor otaqları ilə tanış edib. Cavid Neymətzadə səsin efirdə səsləndirilməsi və səs tembrinin hər verilişə uyğun dəyişdirilməsini əyani şəkildə tələbələrə nümayiş etdirib.