XƏBƏRLƏR

Oxu.az-ın baş redaktoru jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşüb

05 oktyabr, 2022

 

05.10.2022-ci il tarixində Azərbaycan Dillər Universitetinin 3 saylı tədris korpusunda Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızının təşəbbüsü ilə Oxu.az saytının baş redaktoru Ülvi Səfərov və jurnalistika ixtisasında təhsil alan tələbələr arasında görüş keçirilib. Görüşdə Ülvi Səfərov çalışdığı saytın fəaliyyəti haqqında ətraflı məlumat verib, həmin saytda rus dilli jurnalistlərə daha çox ehtiyac olduğunu vurğulayıb. Ülvi Səfərov jurnalistika ixtisasında təhsil alan tələbələri təcrübə keçmək üçün sayta dəvət edib və gələcəkdə onlarla əməkdaşlıq edəcəyini bildirib.

Sonda Ülvi Səfərov tələbələrin suallarını cavablandırıb. Görüşdən razı qalan tələbələrdən bir neçəsi Oxu.az saytı ilə əməkdaşlıq edəcəyini bildirib.