XƏBƏRLƏR

ADU-da "İnklüziv təhsilin təşkili" mövzusunda təlim keçirilib

23 may, 2022

Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin əməkdaşları tərəfindən  bakalavriat və magistratura səviyyələrinin son kurs tələbələrinə  "İnklüziv təhsilin təşkili" mövzusunda təlim keçirilib.

Yekun olaraq, təlimi müvəffəqiyyətlə bitirən tələbələr ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov, Pedaqogika kafedrasının müdiri dosent  Nigar Zeynalova, Magistratura şöbəsinin dekanı, dosent Firuzə Rzayeva, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, Əlavə təhsil və pedaqoji təcrübə şöbəsinin müdiri Məmməd İsmayılov tərəfindən sertifikatla təltif olunublar.

Qeyd edək ki, təlimin başlıca məqsədi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərməkdən ibarətdir. 

Belə silsilə təlimlərin davamlı şəkildə keçirilməsi də nəzərdə tutulub.