XƏBƏRLƏR

“Heydər Əliyevin dil siyasəti” adlı tədbir keçirilib

11 may, 2022

Filologiya fakültəsi və Azərbaycan dilçiliyi kafedrasının ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş “Heydər Əliyevin dil siyasəti” adlı tədbiri keçirilib. Tədbiri kafedranın müdiri dos.F.Niftəliyeva Heydər Əliyev, onun əvəzedilməz fəaliyyəti haqqında çıxışı ilə açmışdır. Sonra  Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü professor Adil Babayevə söz verilib. O, Heydər Əliyev haqqında xatirələrini, olduqca dəyərli məlumatlarını tədbir iştirakçıları ilə bölüşüb. 

Tədbir əsnasında kafedranın müəllimləri Aynur Sadıqova “Heydər Əliyevin Azərbaycan  dilinin inkişafına verdiyi töhfələr”, Jalə İlyasova “Ana dilimizin inkişafı yolunda Heydər Əliyevin Sovet dövründə yürütdüyü dil siyasəti”, Kəmalə Məmmədova “Heydər Əliyevin dil siyasəti gələcək nəsillərə örnəkdir”, Filologiya fakültəsinin tələbəsi Amanova Dürdanə “Milli dəyərlərin qorunmasında Heydər Əliyevin rolu adlı mövzularla çıxış etmişlər.

Kafedranın müəllimi Ələkbərova Günel “Heydər Əliyevin gənclər siyasəti” adlı mövzusu ilə çıxış etmiş, uşaq ikən AZTV kanalında aparıcılığı ərəfəsində Heydər Əliyevin uşaqlarla olan səmimi söhbətlərindən bəhs etmişdir. Filologiya fakültəsinin II kurs tələbəsi Nərgiz Bəhmənli Heydər Əliyevə həsr etdiyi şeir maraqla qarşılanıb. 

Tədbir Şuşada keçirilən “Xarı bülbül” festivalının sonunda Heydər Əliyevin Qarabağ  haqqında səs yazısı olan videonun təqdim olunması ilə sona çatıb.