XƏBƏRLƏR

ADU-nun tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının konsertində çıxış ediblər

11 may, 2022

Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azad Həmkarlar İttifaqının birgə təşkil etdiyi “Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü”nə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

ADU-nun tələbələri  III kurs tələbəsi  Siman Sultanova “Şuşanın dağları” mahnısını ifa edib, IV kurs tələbəsi Aysel  Əlibabalı, II kurs tələbəsi Jalə Eyvazova, II kurs tələbəsi Fidan Mikayılova ümummilli lider Heydər Əliyevə həsr olunmuş  şeirləri bədii qiraət ediblər, universitetin TGT sədri Elşən Hüseynli tədbirin aparıcılarından biri olub.

Festivalda çıxış edən ADU-nun “Dalğa” rəqs ansamblı fərqli rəqs nümunələri ilə diqqət çəkiblər. Milli geyimli iştirakçıların rəqsi tamaşaçılarda xoş ovqat yaradıb.

Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.