XƏBƏRLƏR

ƏYLƏNCƏLİ İNDONEZİYA DİLİ VƏ MƏDƏNİYYƏTİ PROQRAMI QƏBUL ELAN EDİR

03 may, 2022

ƏYLƏNCƏLİ İNDONEZİYA DİLİ VƏ MƏDƏNİYYƏTİ PROQRAMI QƏBUL ELAN EDİR!

Proqram iştirakçılara virtual şəkildə İndoneziya dili, İndoneziyanın zəngin mədəniyyəti və tarixi ilə tanış olmaq, eləcə də virtual şəhər gəzintisinə çıxmaq imkanı təklif edir. İştirakçılar İndoneziya haqqında ümumi məlumat, səyahət, biznes və universitet həyatına həsr edilmiş kurslardan yalnız birini seçə bilərlər. Kursa uyğun olaraq İndoneziya dili üzrə material təqdim ediləcəkdir. Proqramı uğurla bitirmiş iştirakçılar sertifikat əldə edəcəkdir.

Dərslərin təşkili:

Dərslər həftədə bir dəfə onlayn formatda təşkil ediləcəkdir. Dərsin müddəti 90 dəqiqədir. Proqram may – iyul 2022-ci il tarixlərini əhatə edəcəkdir. Proqramın tədris dili ingilis dilidir.

Proqrama müraciət etmək üçün aşağıdakılar tələb olunur:

1 ədəd pasport ölçülü şəkil,
pasport / şəxsiyyət vəsiqəsi / tələbə biletinin surəti.

Proqrama müraciət etmək üçün son tarix: 10.05.2022

Proqramda iştirak ödənişsizdir.

Qeydiyyat və sillabusla tanış olmaq üçün aşağıdakı keçidə daxil olun:

https://www.its.ac.id/international/experiencing-its/prospective-student/short-program/learning-bahasa-indonesia/fbicc/

Əlavə məlumat üçün İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:və

https://www.facebook.com/cis.aul