XƏBƏRLƏR

Virtual İndoneziya incəsənəti və mədəniyyəti təqaüd proqramı qəbul elan edir

19 aprel, 2022

VIRTUAL İNDONEZİYA İNCƏSƏNƏTİ VƏ MƏDƏNİYYƏTİ TƏQAÜD PROQRAMI QƏBUL ELAN EDİR!

Təqaüd proqramı iştirakçılara virtual şəkildə İndoneziyanın 6 incəsənət mərkəzində (Bali, Coqcakarta, Şərqi Yava, Cənubi Sulavesi, Qərbi Sumatra və Şərqi Kalimantan) bu ölkənin dili, zəngin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı təklif edir. Proqram çərçivəsində iştirakçılar milli rəqslər və xalq mahnıları ifa etməyi, əl işləri hazırlamağı öyrənəcəkdir. Kursu uğurla bitirmiş iştirakçılar sertifikat əldə edəcəkdir.

Təqaüd proqramının müddəti:

15 may – 16 iyul 2022-ci il

Təqaüd proqramında

İndoneziya incəsənəti və mədəniyyətini öyrənmək istəyən, ingilis dilində və ya İndoneziya dilində ünsiyyətdə ola bilən, yaşı 19 – 35 olan, İndoneziya hökümətinin digər təqaüd proqramlarında iştirak etməmiş şəxslər iştirak edə bilər.

Təqaüd proqramına müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

Motivasiya məktubu,
3 ədəd pasport ölçülü şəkil,
etibarlılıq müddəti 2 ildən az olmayan pasportun sürəti,
təhsil aldığı müəssisədən arayış və ya diplomun sürəti,
sağlamlıq haqqında araşıyın sürəti,
tövsiyə məktubu.

Təqaüd proqramına müraciət etmək üçün son tarix: 01.05.2022

Qeydiyyat üçün aşağıdakı keçidə daxil olun:

https://kemlu.go.id/download/L1NoYXJlZCUyMERvY3VtZW50cy9JQUNTJTIwRk9STSUyMDIwMjIucGRm

Əlavə məlumat üçün İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul