XƏBƏRLƏR

ADU-nun aliminin bioqrafiyası beynəlxalq nəşrdə

28 dekabr, 2021

Avropa Təbiət Elmləri Akademiyasının yaradılmasının (Almaniya, Hannova) 20 illik münasibəti ilə dünya elminə töhfə vermiş alimlərin bioqrafiyası rus dilində çapdan çıxıb. (Hannova 2021).

Həmin kitabda Azərbaycan Dillər Universitetinin ingilis dilinin fonetikası kafedrasının müdiri filologiya elmlər doktoru, professor Fərman Zeynalovun həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında geniş məlumat yer alıb.