XƏBƏRLƏR

“Tolerantlığın ünvanı – Azərbaycan” mövzusunda konfrans-dərs keçirilib

16 noyabr, 2021

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində universitetin Multikulturalizm ETL, Azərbaycanşünaslıq ETL, Rusiyaşünaslıq ETL, İsrail mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə “Tolerantlığın ünvanı – Azərbaycan” mövzusunda konfrans-dərs keçirilib.
Konfrans-dərsdə universitetin Elmi işlər və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov “Tolerantlıq hər bir sahədə”, Azərbaycanşünaslıq ETL-nin elmi əməkdaşı Soltan İmaməliyev “Tolerantlıq və insani dəyərlər”, Multikulturalizm ETL-nin elmi işçisi Turan Kərimli “Tolerantlığın Azərbaycan modeli (H.Əliyev Fondunun layihələri əsasında)” mövzularında çıxış ediblər.

Konfrans-dərsdə tələbələr fəallıq göstəriblər. Onların arasında əsasən etnik xalqların nümayəndələri olan tələbələr Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların adət-ənənələrindən danışıb, ictimai mühitə göstərdikləri tolerant münasibətlərdən söz açıblar.

Tələbələrdən Muradov Yusif Məhərrəm oğlu (BM 371 a) “Azərbaycanda tolerantlıq ənənələri (Şahdağ xalqları)”, Yusifova Şəkər Ayaz qızı (Tərcümə 246 c) “Tolerantlıq Azərbaycan xalqının həyat tərzi kimi”, Quliyeva Gülsüm Seymur qızı (Filologiya 434 b) “Etnik və dini müxtəliflik Azərbaycanın milli sərvəti kimi (ləzgilər)”, Cəfərli Röya Ceyhun qızı (BM 371 b) “ Müasir Azərbaycanın tolerantlıq kökləri (ruslar, malakanlar)”, Cabbarova Xanım Vaqif qızı (BM Regionşünaslıq 359 q) “Azərbaycanda yaşayan yəhudilərə qarşı tolerant münasibət”, Eyvazova Jalə Habil qızı (Təhsil 2 ingilis dili 225 b) “Azərbaycanını etnik rəngarəngliyi (avarlar, udinlər, inqiloylar) mövzuları ilə diskusiyalarda iştirak ediblər.

Universitetin “Rusiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyasının (ETL) elmi işçisi Tamilla Naibova da “Azərbaycanda yaşayan rusdilli xalqların adət-ənənələri” mövzusu ilə çıxış edib.
Dialoq formatında qurulan tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, tədbirin sonunda tələbələrə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.