XƏBƏRLƏR

ADU-nun əməkdaşı Könül Hacıyevaya “Təşəkkürnamə” təqdim olunub

14 iyul, 2021

İyulun 7-də təhsil nazirinin müavini Muxtar Məmmədovun iştirakı ilə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstan, Çin, Rumıniya və digər ölkələrin Azərbaycan vətəndaşları üçün ayırdığı təqaüd kvotaları, eyni zamanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili məqsədilə keçirilən müsahibələrdə xüsusilə fərqlənən komissiya üzvlərinə “Təşəkkürnamə”lərin təqdim olunması ilə bağlı onlayn görüş keçirilib.

Görüşə müsahibə komissiyasının tərkibində iştirak etmiş bir sıra dövlət qurumlarının və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri qatılıb. 

ADU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, Təlimdə İnnovasiyalar kafedrasının baş müəllimi, p.f.d. Könül Hacıyeva da görüşdə iştirak edib və səmərəli və peşəkar fəaliyyətinə görə “Təşəkkürnamə”yə layiq görülüb. Təşəkkürnaməni ona ADU-nun rektoru, akademik Kamal Abdulla təqdim edib.