XƏBƏRLƏR

İndoneziya Pedaqoji Universiteti virtual yay kursuna qəbul elan edir

14 iyul, 2021

İndoneziya Pedaqoji Universiteti virtual yay kursuna qəbul elan edir

İndoneziya Pedaqoji Universiteti (UPI) İndoneziyada turizm coğrafiyası üzrə virtual yay kursuna sənəd qəbulu elan edir. Kursda bakalavriatura, magistratura və ya doktorantura səviyyələri üzrə təhsil alan əcnəbilər iştirak edə bilər. Kursu uğurla bitirmiş iştirakçılar sertifikat əldə edəcəkdir.

 Yay kursu üzrə dərslər həftədə beş dəfə Qərbi İndoneziya vaxtı ilə saat 13 00 – 15 00-da (GMT+7) onlayn formatda təşkil ediləcəkdir.

Kurs 9 – 20 avqust 2021-ci il tarixlərini əhatə edəcəkdir.

Kursun tədris dili ingilis dilidir.

Kursda iştirak ödənişsizdir.

Kurs iştirakçıları Amazon vauçerləri qazanmaq fürsətini əldə edəcəkdir.

Yay kursuna müraciət etmək üçün son tarix 8 avqust 2021-ci ildir.

Qeydiyyat və əlavə məlumat üçün aşağıdakı keçidə daxil ola:

http://saig.upi.edu/2020/09/03/virtual-summer-course/

və ya İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul/?eid=ARBzfxvw3cTFP2ddc0XIQpXzd3hwL9L_WjFbmWimf0m6FrHs8nYtXbZbt-pV1bsuASkzbmyzq4LmCzUS