“Heydər Əliyev və Şanlı Azərbaycan” konfransının təşkilində iştirak edən tələbələr mükafatlandırılıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının təşkilində iştirak edən tələbə katiblər “Təşəkkürnamə”lərlə mükafatlandırılıb.
16 May 2021-ci il tarixində Azərbaycan Dillər Universitetində onlayn formatda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan ” adlı respublika tələbə-şagird elmi konfransı keçirilmişdir.
Konfransın açılış mərasimində ADU Tələbə Elmi Cəmiyyətinin sədri, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təbrik məktubunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra söz ADU-nun Elmi işlər üzrə prorektoru professor Novruz Məmmədova verilmişdir. O, konfrans iştirakçılarına bölmə iclaslarında uğurlar arzu edib.
Konfransın işini 5 bölmə üzrə aparılmışdır: Göstərilən bölmələr üzrə moderatorlarla yanaşı katiblər də konfransın bölmə iclaslarının təşkilində fəal iştirak etmişdir.
“Beynəlxalq münasibətlərdə müasir siyasi proseslər” bölməsi A və B panel iclaslarına bölünmüş, A panel iclası müəllim Elşən Məcidovun moderatorluğu, tələbə Lamiə Əhmədzadənin katibliyi ilə, B panel iclası isə müəllim Harun Məmmədovun moderatorluğu, tələbə Nurlan Tağıyevin katibliyi ilə keçirilmişdir.
“Xarici dillərin qloballaşan dünyada əhəmiyyəti” bölməsi A və B panel iclaslarına bölünmüş, A panel iclası müəllimə Pərvanə Ağazadənin moderatorluğu, tələbə Sənan Salamzadənin katibliyi ilə, B panel iclası isə baş müəllim Aytən Hacıyevanın moderatorluğu, tələbə Gülsüm Quluyevanın katibliyi, ilə keçirilmişdir.
“Regionşünaslığın aktual problemləri” bölməsi dosent Bəhmən Əliyevin moderatorluğu, tələbə Eldəniz Məmmədovun katibliyi ilə, “Ədəbiyyat və mədəniyyət”bölməsi dosent Ülviyyə Əliyevanın moderatorluğu, tələbə Elşən Hüseynlinin katibliyi ilə, “Ənənəvi və onlayn təhsilin aktual problemləri” bölməsi isə dosent Vidadi Bəşirovun moderatorluğu, tələbə Aygün Məmmədovanın katibliyi ilə keçirilmişdir.
Konfransda 3 məcburi-köçkün məktəbi olmaqla ümumi 18 orta məktəbdən 33 şagird,8 universitetdən 28 tələbə fəal iştirak etmişdir. Konfransda ümumi 300 nəfərdən çox tələbə-şagird iştirak etmişdir.
Konfransda iştirak edən bütün tələbə və şagirdlərə yaxın günlərdə sertifikatlar göndəriləcəkdir.