XƏBƏRLƏR

Fransızdilli tələbələrimizin daha bir uğuru

18 mart, 2021

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin 4-cü kurs tələbəsi Xaspoladova Cəmilə Frankofoniya Universitet Agentliyi (FUA) və RFI Rumıniya radiosu regional tərəfdaşlıq çərçivəsində fransızdilli tələbələr üçün 2020-2021-ci tədris ilində təşkil olunan tərcümə sahəsində məsafəli təcrübə proqramı üzrə 58 nəfər namizəd arasından seçilən 20 nəfərdən biri olaraq, 4 ay müddətində (15 mart-15 iyul 2021) məsafəli təcrübə proqramı keçəcəkdir.

Təcrübəçilərin əsas vəzifələri milli mətbuatda dərc edilən məqalələrin fransız dilinə (sahələr: səhiyyə, iqtisadiyyat, cəmiyyət, mədəniyyət) tərçüməsindən ibarət olacaq və hər ay təcrübə müddətində 4 məqalə tərcümə etməlidirlər.

Region ölkələri üzrə seçilən 20 təcrübəçi tələbə 4 ay müddətinə hər ay 60 avro müavinət alacaq. Təcrübənin sonunda təcrübəçi tələbə FUA-nin rəsmi sertifikatına layiq görüləcək.

Tələbəmizin seçim siyahısında adının qeyd olunduğu linki sizə təqdim edirik:

 https://www.auf.org/europe-centrale-orientale/nouvelles/actualites/stages-de-traduction-langue-nationale-francais-distance-en-partenariat-avec-la-rfi-romania-resultats-de-la-selection-2/

Qeyd edək ki, tərcümə sahəsində məsafəli təcrübə proqramı üzrə 2019-2020ci tədris ilində ADU-nun Tərcümə fakultəsinin tələbəsi Əliyeva Bahar öz təcrübəsini uğurla başa vuraraq sertifikata layiq görülmüşdür.