“Şuşa Qafqazın konservatoriyasıdır” adlı dəyirmi masa keçirilib
ADU–nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq ETL “Şuşa Qafqazın konservatoriyasıdır” adlı dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva açıb. O bildirib ki, xanəndə, bəstəkar və musiqiçilərin sayı və xidmətlərinə görə Şuşanı “Şərqin filormoniyası”, "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Qafqazın konservatoriyası" adlandırıblar.
“Qarabağda, xüsusilə Şuşada musiqiçilərin formalaşmasına təsir göstərən musiqi məclisləri və musiqi məktəbləri haqqında Azərbaycan Respublikasının əməkdar müəllimi, Milli Konservatoriyanın baş müəllimi, məhşur muğam ustası Qəzənfər Abbasov geniş və hərtərəfli məlumat verib.
Regionşünaslıq kafedrasının müəllimləri - Mehparə Tajdehibonab və Sevinc Qurbanova Şuşada doğulub böyümüş, ilk müsiqi təhsilini orada almış, məhşur bəstəkarlar haqqında təqdimat ediblər. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev “Qarabağ rəqsləri” mövzusunda dərin məlumat verərək, “Uzundərə” rəqsinin adının yaranması, “Tərəkəmə”, “Turacı” rəqslərinin tarixindən məlumat verib.
Regionşünaslıq kafedrasının baş müəllimi, PhD Təranə Quluzadə Qarabağda tanınmış tarzən, kamança və qarmon çalan məhşur musiqiçilər haqqında maraqlı məlumaları iştirakçıların diqqətinə çatdırıb.
İştirakçılardan dosent Amil Cəfərov, professor Həbib Zərbəliyev, dosent Ədalət Abdiyeva, PhD. Rəna Rəcəbli, professor Niyazi Mehdi, PhD Gülzadə Abdullayeva müzakirələrdə iştirak edib, çıxışçılara əlavə maraqlı məlumatlar veriblər.