XƏBƏRLƏR

İtaliyalı jurnalist Carlo Marino Xocalı soyqırımı haqqında danışıb

26 fevral, 2021

Jurnalist və yazıçı, Eurasiatica News portalının rəhbəri Carlo Marino hazırladığı videoda Xocalı soyqırımı haqqında fikirlərini paylaşıb. (https://www.youtube.com/watch?v=LrLwpiDpLm0&feature=youtu.be

O, bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərini ələ keçirdi. Şəhərdə qalan insanlar rayonun mərkəzi və azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazi olan Ağdama getmək ümidi ilə evlərini tərk etmək məcburiyyətində qaldılar. Erməni silahlı qüvvələri Sovet alayının hərbi dəstəyi ilə dinc əhaliyə qarşı qırğınlar törətməklə şəhəri xüsusi vəhşilik və amansızlıqla yerlə yeksan etdi. Qadın və uşaqlar da daxil olmaqla 613 nəfər öldürüldü.

Jurnalist eyni zamanda Xocalı soyqırımına bənzər, İtaliyada baş verən Sant'Anna di Stazzema soyqırımı haqqında da məlumat verib.