XƏBƏRLƏR

Şəhidlik zirvəsinə ucalan Vətən oğullarına

15 iyul, 2020

İşğalçı Ermənistan növbəti dəfə bütün beynəlxalq  qanunları pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, xaincəsinə təxribat törədib. Ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə zərbə endirilib və o, ağır itki verərək geri oturdulub. Erməni qəsbkarlarına layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalıb. Lakin hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.

Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi adından şəhidlik zirvəsinə ucalan Vətən oğullarına Allahdan rəhmət diləyir, onların yaxınlarına, ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!