XƏBƏRLƏR

ADU-da Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib

23 oktyabr, 2019

ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq  fakültəsinin təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə  Beynəlxalq münasibətlər və  Regionşünaslıq  fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, dekanlığın nümayəndələri, kafedra əməkdaşları və tələbələr iştirak edib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli tədbirin Azərbaycan tarixində mühüm hadisə kimi yer tutan Dövlət Müstəqilliyi Gününə həsr olunduğunu və bu kimi tədbirlərin davamlı olaraq təşkil edildiyini deyib. O, qeyd edib ki, Azərbaycan XX əsrdə, mürəkkəb tarixi bir şəraitdə Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikasının timsalında iki dəfə müstəqillik əldə edib.

Daha sonra dos. Emin Qasımov "Azərbaycan diplomatiyasının ermənilər üzərində növbəti qələbəsi", Elşən Məcidov "Azərbaycan Prezidenti İlham Əliyevin Valdayda çıxışının intent analizi",  dos. Ədalət Abdiyeva "İlham Əliyevin son çıxışları zəminində Qarabağ məsələsi", Dos. Namiq Kərimov "Valday və Aşqabad görüşündə Azərbaycanın hücum taktikası” mövzularında çıxış ediblər.