XƏBƏRLƏR

ADU-nun magistrantı Bolqarıstanda təlim kursunda iştirak edib

15 iyul, 2019

1-7 iyul 2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) 206 A qrup magistr tələbəsi Fatimə Vəliyeva Bolqarıstanın Bansko şəhərində Erasmus + Proqramı və “Alternativi International” təşkilatının təşkilatçılığı ilə “Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursunda iştirak edib.

10 ölkədən 30 gənci birləşdirən təlim kursunun əsas məqsədi gənclər sektorunda fəaliyyət göstərən gəncləri və QHT-ləri insan haqları sahəsində, nifrətə qarşı təşəbbüskarlığını və onlayn aktivlik sahələri üzrə məlumatlandırmaq və potensialını inkişaf etdirməkdir. Təlimin hədəf qrupu, təlim çərçivəsində bu sahələr üzrə zorakılıq əleyhinə onlayn kampaniyaların həyata keçirilməsi barəsində təcrübələrə yiyələniblər.

İştirakçılar rəqəmsal aktivizm, onlayn aktivizmə istiqamətlənən rəqəmsal vasitələr, gənclər sahəsində onlayn aktivizmin gücündən bəhs edən müxtəlif qrup işlərində iştirak ediblər. QHT-lərdə olan PR istiqamətləri, strategiyaları əhatə edən sessiyada iştirak edərək, təlim kursunun davamlılığı məqsədilə iştirak edən ölkələr layihələrini təqdim ediblər.