Serbiyada “Cultural Identity of Azerbaijan” kitabının təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın başçılıq etdiyi Azərbaycan alimlərinin nümayəndə heyətinin Serbiyaya səfəri çərçivəsində Serbiya-Azərbaycan elmi- mədəni əlaqələrinin genişlənməsi istiqamətində bir sıra tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Serbiyanın Belqrad Universitetinin filologiya fakültəsinin nəzdində nəşr edilmiş “Cultural Identity of Azerbaijan” (Azərbaycanın mədəni kimliyi) adlı kitabın təqdimatı baş tutub. Kitabda ADU-nun akademik heyətinin müəllifliyi ilə rus və ingilis dillərində yazılmış, Azərbaycan multikulturalizmini, tarixini, mədəniyyətini, dil siyasətini, milli dəyərlərini əks etdirən 50-ə yaxın məqalə dərc edilib.
Kitabın hazırlanma layihəsi Azərbaycan Dillər Universitetin Serb dili və mədəniyyəti mərkəzi və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılğı ilə həyata keçirilib.