XƏBƏRLƏR

"Onlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib

11 iyun, 2019

ADU-nun 3 saylı tədris binasında ADU-nun Mülki madafiə və tibbi biliklərin əsasları kafedasının baş müəllimi Sədaqət Musayeva və Rifah Gold Psixoloji Reabilitasiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Səfərəliyevanın birgə təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Onlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

 Tədbirdə ADU-nun Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova və bir sıra digər kafedra müdirləri, müəllimlər, tələbələr, Rifah Gold Psixoloji Reabilitasiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Prezident yanında qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi şurasının üzvü, hərbiçilərin, gəncləri maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Alpaqut Federasıyasının prezidenti Qudrət Nuriyev, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı 1 Vitse prezidenti Könül Məmmədli, “2 Dövlət 1 Millət Fərqli qrup”-un rəhbəri bəstəkar-prodüsser Fərahim Sadiqi, Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu, şairə Leyla Mətin, “PATRİOT” qrupunun solisti Rəşad İsmayıl və s. qonaqlar iştirak edirdilər. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlandı.

Sonra tədbiri giriş sözü ilə açan Sədaqət Musayeva 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə gününün tarixi barədə məlumat verib və dünyanın əksər ölkələrində olduğu kimi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə çox yüksək səviyyədə qeyd edildiyindən bəhs edib. Daha sonra Rifah Gold Psixoloji Reabilitasiya və Nitq inkişaf Mərkəzinin “Mələklərin sözü var” himni səslənib və mərkəzinin rərbəri Vüsalə Səfərəliyeva bu tədbirin baş tutması üçün yaradılan şərait üçün Azərbaycan Dillər Universiteti rəhbərliyinə öz minnətdarlığını bildirib.

Tədbir Rifah Gold Psixoloji Reabilitasiya və Nitq İnkişaf Mərkəzinin maraqlı çıxış proqramı ilə davam edib, vətənpərvərlik və digər mövzularda mahnı və şeirlər səslənib.

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və tədbirdə çıxış edən uşaqlara sertifikat təqdim edib. Tədbir “2 Dövlət 1 Millətik” mahnısı sədaları altında Rifah Gold Psixoloji Reabilitasiya və Nitq İnkişaf Mərkəzinin kollektivinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə ifa etdikləri yallı ilə bitib.