XƏBƏRLƏR

"Haqqın günəşi" adlı tədbir keçirilib

31 may, 2019

Azərbaycan Dillər Universitetində "Haqqın günəşi" adlı tədbir keçirilib. Tədbir ADU TGT nəzdində fəaliyyət göstərən "Yazarlar klubu"nun təşkilatçılığı ilə baş tutub.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbirin açılış mərasimində klubun sədri və təşkilatçısı Səddam Məmmədov dahi şairin "Mərhəba" qəzəlini səsləndirib.

Tələbələr şairin həm Azərbaycan dilində, həm də  müxtəlif dünya dillərinə tərcümə olunan və hamının sevdiyi, dillər əzbəri olan qəzəllərini, həmçinin özlərinin yazdığı şeirləri və qəzəlləri səsləndiriblər. Eyni zamanda tələbələr tərəfindən səhnələşdirilən, İmadəddin Nəsiminin ölüm anını və sevgilisinin ona müraciətini əks etdirən kiçik səhnəcik də nümayiş olunub.

Qeyd edək ki, tədbirdə Dillər Universitetinin tələbələri ilə yanaşı digər universitetlərin də tələbələri iştirak edib.