XƏBƏRLƏR

Təhsil fakültəsi “Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti” tədbiri keçirib

08 may, 2019

ADU Təhsil fakültəsində ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Təhsil fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov ulu öndərin Azərbaycan tarixində yeri, onun Azərbaycan təhsilində yeritdiyi siyasətlə bağlı məlumat verib, Heydər Əliyevin təhsilə qayğısından danışıb.

ADU rektorunun müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı ulu öndərin təhsil siyasətindən, onun ölkəmizin sosial-iqtisadi inkişafında, “Əsrin müqaviləsi”nin bağlanmasında oynadığı roldan danışıb.

Təhsil fakültəsinin dekan müavini, dosent Qorxmaz Mustafayev azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyevin rolundan bəhs edib .

Psixologiya kafedrasının baş müəllimi Könül Babayeva isə təhsil işçilərinə Heydər Əliyev qayğısını faktlarla diqqətə çatdırıb.

Sonra tələbələr ulu öndərə həsr olunmuş mahnı oxuyublar, şeirlər deyiblər.

Tədbir Nəsimi ilinə həsr olunmuş şeir və qəzəl müsabiqəsinin qaliblərinə diplomların verilməsi ilə yekunlaşıb.