ADU məzunları tələbələrlə görüşüb
26 aprel, 2019
İtalyan mərkəzində ADU-nun Tərcümə (italyan dili) ixtisası üzrə məzun olan tələbələrimiz Leyla Qurbanova və Emil Məcidovla bu ixtisas üzrə təhsil alan tələbələrin görüşü keçirilib. Leyla Qurbanova İtaliyanın Peruca Əcnəbilər üçün Universitetinin Marketing Made in İtaly ixtisası üzrə magistr təhsili alıb. Emil Məcidov isə İtaliyanın Turin universitetində Beynəlxalq elmlər ixtisası üzrə magistr təhsili alır.
Onlar İtaliyada təhsil həyatı: gözləntilər və reallıqlar mövzusunda öz təcrübələrini hal-hazırda təhsil alan tələbələrimizlə paylaşıblar.