XƏBƏRLƏR

Magistratura şöbəsi seminar keçirib

23 aprel, 2019

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin təşkilatçılığı ilə Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Türkan Abbasova magistrlər üçün “Professional teacher development through online courses” - "Onlayn kurslar vasitəsilə Peşəkar Müəllim İnkişafı" adlı seminar keçirib.

Seminarda dünyanın aparıcı universitetlərində ingilis dilinin tədrisi ilə bağlı təşkil etdiyi ödənişsiz kurslar haqda məlumat verilib. Belə ki, Coursera, Oxford University Press, Macmillan Education, Pearson, Global Education Conference kimi platformların adı çəkilib.