ADU və orta məktəblər arasında əməkdaşlıq davam edir

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının müdiri dosent Aytən Bayramova və kafedranın nəzdində fəaliyyət göstərən “Akademik yazı və oxu” mərkəzinin baş mütəxəssisi dosent Sevil Qurbanova Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 saylı tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova ilə görüşüb.
Görüşün əsas məqsədi ADU və 295 saylı tam orta məktəb arasında əməkdaşlıq əlaqələrinin qurulması, orada fəaliyyət göstərən müəllimlərin pedaqoji peşakarlığının inkişafına, onların dil qabiliyyətlərinin təkmilləşdirilməsinə stimul verən təlimlərin təşkil olunmasıdır.
A.Bayramova və S.Qurbanova ingilis dili dərslərini müşahidə edib, öz təklif və tövsiyələrini müəllimlərin nəzərinə çatdırıb.
Görüşün sonunda məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova bu gözəl təşəbbüsü üçün ADU-nun rektoru akademik Kamal Abdullayevə öz dərin təşəkkürünü bildirib.







