Təhsil nazirinin müavini Cocuq Mərcanlıda ADU kollektivi ilə görüşüb
Təhsil nazirinin müavini Firudin Qurbanov Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində kənd orta məktəbinə baş çəkib, burada Azərbaycan Dillər Universitetinin kollektivi ilə görüşüb.
Nazir müavini pedaqoji təcrübə rəhbəri Anar Rəhimovu və tələbələri dinləyib, kollektivin artıq sona yaxınlaşmaqda olan çoxşaxəli fəaliyyət planı ilə yaxından maraqlanıb.
Layihə haqqında məlumatlı olduğunu bildirən nazir müavini ADU-nun rektoru, akademik Kamal Abdullanın bu faydalı və yenilikçi təşəbbüsünü təqdir etdiyini deyib, layihənin iştirakçılarına uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, tələbələrdən karyerasını daimi əsasda Cocuq Mərcanlıda ingilis dili müəllimi kimi davam etdirənlər də olacaq.
Qurbanov bildirib ki, belə həssas və önəmli yerdə - Qarabağa qayıdışın qapısı sayılan
Sonda nazir müavini pedaqoji təcrübə heyətini Təhsil Nazirliyinə dəvət edib.