XƏBƏRLƏR

ADU-nun müəllimi şagirdlərlə görüşüb

26 fevral, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının müəllimi Sevil Ağayeva pedaqoji təcrübəyə rəhbərlik etdiyi Bakı şəhəri Nəsimi rayon Tahir Həsənov adına 23 saylı orta məktəbin 9-10-cu sinif şagirdləri ilə görüş keçirib.

Tədbirin əsas məqsədi ADU haqqında geniş məlumat vermək və yuxarı sinif şagirdlərini Azərbaycan Dillər Universitetində təhsil almağa cəlb etməkdir. Pedaqoji təcrübə rəhbəri ADU-da tədris olunan dillər, fəaliyyət göstərən mərkəzlər, universitetin xarici əlaqələri haqqında danışıb.

Daha sonra 23 saylı məktəbdə pedaqoji təcrübə keçən ADU-nun "Sabah" qrupunun tələbələri universitetimizin video-çarxını nümayiş etdirərək, Esseks Universiteti ilə ikili diplom layihəsi və “Sabah” qrupunda təhsil barədə məlumat veriblər.

Görüşün sonunda Sevil Ağayeva tədbirin təşkilində göstərdiyi dəstəyə görə T.Həsənov adına 23 saylı orta məktəbin direktoru Yulya Kərimovaya və məktəbin heyətinə Azərbaycan Dillər Universitetinin kollektivi adından təşəkkürünü bildirib.