XƏBƏRLƏR

TEC–in təşkilatçılığı ilə “XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ” tədbiri keçirilib

25 fevral, 2019

Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ ”adlı tədbir keçirilib. Tədbirdə universitetin struktur bölmə rəhbərləri ilə yanaşı, universitetin tələbələri və TEC-in fəal üzvləri iştirak edib. Tədbir Xocalı soyqırımında amansızca qətlə yetirilmiş insanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

TEC- in sədri Lamiə Muğalova tədbiri giriş sözü ilə açıq elan edərək, Xocalı faciəsinin yaddaşımızda dərin izlər buraxdığını qeyd edib. O, Xocalı soyqırımının dəhşətlərindən, amansızca qətlə yetirilən günahsız insanlardan, dinc əhaliyə verilən işgəncələrdən söhbət açıb.

Lamiə Muğalova bir neçə il öncə I vitse prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə   “Xocalıya Ədalət” - “Justice for Khojalı” təbliğat-təşviqat kompaniyasının dünyaya səs saldığını və bu kimi təbliğat kompaniyalarının davamlı olmasını xüsusən gənclər tərəfindən sosial şəbəkələrdə haqq səsimizi dünyaya ucaltmağımızı vurğulayıb. Daha sonra isə təbliğat haştaqlarını tədbir iştirakçılarına nümayiş etdirərək onları bu təbliğata qoşulmağa dəvət edib. Lamiə Muğalova bugündən etibarən ADU TEC olaraq sosial şəbəkələrdə, o cümlədən  Twitter sosial şəbəkəsində Xocalı soyqırımını əks etdirən haştaqların paylaşılmasına başlandığını qeyd edib.

Sonra Azərbaycan Dillər Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov çıxış edib.

Daha sonra universitetin tələbələrinin lentə alaraq hazırladığı Xocalı dəhşətlərinə həsr olunmuş, universitetin 3 kurs tələbəsi Rəşid Tağıyevin ssenari müəllifi olduğu “Onlar susdu, səndə susma” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Magistratura şöbəsinin 108 qrup tələbəsi Aynur Poluyeva “Xocalı soyqırımının beynəlxalq  aləmdə tanınması” mövzusunda, Təhsil fakültəsinin 307a qrup tələbəsi Zəhra Hüseynova “Xocalı Faciəsi xalqımıza qarşı aparılan soyqırım siyasətinin qanlı səhifəsidir” mövzusunda , Filologiya və Jurnalistika fakültəsinin 335a qrup tələbəsi Sevinc Məsimova “Ədəbiyyat səhifəsində Xocalı izləri” mövzusunda və Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin 360b qrup tələbəsi Aidə Hüseynova “Xocalı faciəsinin mediada işıqlandırılması” mövzusunda çıxışlar edərək slayd nümayiş etdirib.

Bundan əlavə BM və İdarəetmə fakültəsinin 343 a qrup tələbəsi Nübar Rəhimova Xocalı dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirərək çıxış edib.

Daha sonra tədbirin qonağı “Loqos” PNİM-in psixoloqu, Bakı Dövlət Universitetinin Sosial-psixologiya fakültəsinin müəllimi Könül Cəfərova çıxış edib. O, Xocalı soyqırımının Azərbaycan xalqının hafizəsində dərin izlər buraxdığını və soydaşlarımıza qarşı edilən bu terroru heç vaxt unutmayacağımızı qeyd edib.

Sonda Pedaqoqika kafedrasının dosenti Vidadi Bəşirov belə tədbirlərin keçirilməsinin mühümlüyünü tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Xocalı soyqırımını unutmayaraq gələcək nəsillərə ötürməyi qeyd edib.

Daha sonra universitetin Elm və Təhsil məsələləri üzrə rektorun müşaviri Seyfəl Həsənov çıxış edərək Xocalı soyqırımını Azərbaycan xalqının ən böyük faciəsi adlandırıb. O, Xocalıda amansızca qətlə yetirilən insanları, körpələri, ahılları və Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzkar planlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.