XƏBƏRLƏR

Professor Məsməxanım Qazıyeva böhtanlara etiraz edib

14 fevral, 2019

Bu gün müxtəlif mətbuat orqanlarında Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli yazı dərc olunub. Yazıda adı keçən şəxslərdən biri də universitetin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyevadır. O, haqqında yazılanlara qəti etirazını bildirib. Məsməxanım Qazıyevanın mövqeyini təqdim edirik:

“Müxtəlif saytlarda mənim haqqımda yazılan  böhtan və qərəzli iddialara qəti etirazımı bildirirəm. Mən respublikada tanınan aliməm, 50 illik pedaqoji təcrübəm var. Mənim yetişdirdiyim tələbələr xarici ölkələrdə və respublikanın müxtəlif qurumlarında rəhbər vəzifədə çalışır, orta məktəblərdə, universitetlərdə dərs deyirlər. Mənim kim olduğumu onlar daha yaxşı bilir. Bütün şər və böhtanlara baxmayaraq, Azərbaycan Dillər Universitetində öz pedaqoji fəaliyyətimi yenə də uğurla davam etdirir, gənc alimlərin yetişməsində əməyimi əsirgəmirəm. Təəəsüf ki, bunlardan xəbəri olmayanlar mənim haqqımda böhtan xarakterli fikirlər irəli sürməklə öz həqiqi mahiyyətlərini ortalığa qoyurlar. Əgər şəxsimə yönələn bu yalan xəbərlər davam edərsə, məsələni hüquqi müstəvidə həll edəcəm”.