İtalyan jurnalistlərdən ibarət nümayəndə heyəti ADU-da olub
İtaliyanın tanınmış “İl Messaggero” qəzetinin müxbiri Rossella Fabiani, ″Agenzia Nova" xəbər agentliyinin əməkdaşı Valerio Palombaro, “Askanews” xəbər agentliyinin jurnalisti Moscatelli Orietta və “Radio Radicale”nin nümayəndəsi ADU-nun İtalyan mərkəzində qonaq olublar.
Qonaqları universitetinin rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova, İtalyan mərkəzinin müdiri Nərgiz Cəfərova qarşılayıb.
Bənövşə Məmmədova universitet, fakültə və keçirilən ixtisaslar, Beynəlxalq əlaqələr departamentinin əməkdaşı İlham Abasov universitetlərarası əlaqələr və Nərgiz Cəfərova İtalyan mərkəzi haqqında qonaqlara məlumat verib.
Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin Xarici Dillər kafedrasının baş müəllimi Gülnar Məlikova italyan dilinin tədrisi ilə bağlı danışıb.
Jurnalistlərdən ibarət nümayəndə heyəti artıq 4 gündür Azərbaycanda səfərdədirlər. Onlar bir sıra yüksək rütbəli şəxslər ilə görüşüb, yanvarın 26-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıda olub və qaçqın ailələrinə baş çəkiblər.
Onlar əldə etdikləri məlumatları İtaliya mətbuatında geniş şəkildə işıqlandırıblar. Dörd gün ərzində nümayəndə heyətini tərcüməçi kimi Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin Xarici Dillər kafedrasının baş müəllimi Kəmalə Əliyevə müşayiət edib.