XƏBƏRLƏR

ADU-da “Xarici dilin tədrisində incəsənətin rolu” mövzusunda təqdimat keçirilib

20 dekabr, 2018

Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dilin tədrisi metodikası” (XDTM) fənnini tədris edən Xarici dillər kafedrasının professoru Dilarə İsmayılovanın rəhbərliyi ilə tələbələrin fərdi işlərinin təqdimatı keçirilib.

Təqdimatda Magistratura şöbəsinin Azərbaycan ədəbiyyatı ixtisasının 102-ci qrup, XDTM-nın tədrisi metodikası və metodologiyası (alman dili) ixtisasının 119-cu qrup, Dilşünaslıq (fransız dili) ixtisasının 111-ci qrup, XDTM-nın tədrisi metodikası və metodologiyası (fransız dili) ixtisasının 120-ci qrup, Dilşünaslıq (alman dili) ixtisasının 110-cu qrup, Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (rus dili) ixtisasının 112-ci qrup tələbələri iştirak edib.

Tələbələr “Xarici dilin tədrisində incəsənətin rolu” mövzusunun nəzəri təhlilindən sonra təcrübi yanaşmalarını təqdimatlarla nümayiş etdiriblər.

Tələbələr Aylin Əliyeva “Səyahət” və Bəyaz Hüseyn “Fransa mədəniyyəti” haqqında təqdimatla çıxış ediblər. “Həyatındakı musiqi” kateqoriyasına daxil olan fərdi işlərini Elvina Cavatova “Sarı gəlin” mahnısını ifa etməklə, Nübar Bayramova isə eyniadlı əsərin rəqsini nümayiş etdirməklə təqdim ediblər.