XƏBƏRLƏR

Jurnalistika ixtisasının tələbələri Üzeyir Hacıbəyovun ev muzeyində olublar

23 noyabr, 2018

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan 340-cı qrupun tələbələri Virtual Jurnalistika  kafedrasının müdiri Nərgiz Qurbanlı ilə birlikdə Üzeyir Hacıbəyovun ev muzeyində olublar.

Tələbələr Ü.Hacıbəyov irsi ilə daha yaxında tanış olaraq, 27.11.2018 –ci il tarixində keçiriləcək “Nümunəvi dərs” üçün sujet hazırlayıblar.

Hər bir eksponatla tələbələri tanış edən muzeyin direktor müavini Gülnarə Ələsgərova həm də onların suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkilib.