Alman oxu zalının təşkilatçılığı ilə tədbir keçirilib
14 noyabr, 2018
Amerika Mərkəzində Azərbaycan Dillər Universitetinin Alman oxu zalının təşkilatçılığı ilə ingilis dilli kitabxana əməkdaşları üçün tədbir keçirilib.
Tədbirin əsas qonaqları Gürcüstan Höte İnstitutunun kitabxana şöbəsinin müdiri Zurab Bolkvadze və Kutaissi Universitetinin kitabxana müdiri Georqi Çiçinadze olub.
Tədbirin əsas məqsədi hər il Almaniyada baş tutan və Ştutqart media məktəbi ilə Höte İnstitutunun birgə təşkil etdiyi proqram haqqında və bu proqrama müraciət ilə bağlı iştirakçıları məlumatlandırmaqdı.
Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının, Azərbaycan Dillər Universitetinin, M.F.Axundov adına Milli Kitabxananın və ADU-nun Amerika Mərkəzinin əməkdaşları iştirak edib.