XƏBƏRLƏR

“Kredit sistemi ilə tədrisin təşkili” mövzusunda təlim keçirilib

08 oktyabr, 2018

Azərbaycan Dillər Universitetində (ADU) “Kredit sistemi ilə tədrisin təşkili” mövzusunda təlim baş tutub. Təlim ADU-nun Tədris Departamentinin rəhbəri Şəfəq Şahməmmədova tərəfindən həyata keçirilib. Təlim tyutorlar üçün nəzərdə tutulsa da fakültələrdə çalışan digər əməkdaşların da marağına səbəb olub. Təlimin məqsədi kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin, tyutor xidmətinin xüsusiyyətlərini, tyutorların tələbələrin təhsil müddətində onlara neçə akademik yardım göstərməli olduqlarını iştirakçıların nəzərinə çatdırmaqdan ibarətdir.