XƏBƏRLƏR

ADU-da Fransada ali təhsil sistemi haqqında təqdimat keçirilib

20 fevral, 2018
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Fransada ali təhsil sistemi haqqında təqdimat keçirilib. Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul şəxsi, Fransanın Campus France Agentliyinin rəhbəri Raab Maureen ADU-nun fransız dili ixtisası üzrə təhsil alan tələbələrinə Fransa ali təhsili, orada ali təhsilə başlamaq üçün tələb olunan Fransız dili səviyyəsi barədə ətraflı məlumat verib. Fransız dili səviyyəsini xarici dil kimi yoxlamaq üçün sınaqlar və diplomlar, təsdiqləyici sənədlər haqqında çıxış edən R.Maureen fransız dilinin əhəmiyyətindən danışıb,  beynəlxalq səviyyədə uğur əldə etmək üçün fransız dilini bilməyin vacibliyini vurğulayıb. Sonda bütün qitələrdə tanınan Fransa ali təhsil müəssisələri, eyni zamanda təqaüd proqramlarından bəhs olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.