ADU-nun professoru Turan Elmlər Akademiyasının akademiki seçilib
ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov Özbəkistan Respublikası Maxpirat adına Orta Asiya Xalqları İnstitutunun qərarı ilə (01 aprel, 2018-ci il protokol N1/04-18) Turan Elmlər Akademiyasının akademiki seçilib. Professor Ə.Zeynalov Özbəkistan Respublikasının Turan Elmlər Akademiyasının “Akademik” diplomu ilə yanaşı “Akademik” döş nişanı ilə də təltif olunub. Diplom Turan Elmlər Akademiyasının prezidenti X.N.Bababekov və Akademiyanın baş elmi katibi Ş.M.Ulajeva tərəfindən təsdiq edilib.
ADU-nun 8may 2018-ci il tarixli Elmi Şurasında universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ə.Zeynalovu təbrik edib, ona hədiyyələr təqdim edib.
Xatırladaq ki, azərbaycanlı alim 2017-ci ildə də Nyu-York Elmlər Akademiyasının üzvü seçilib.
Professoru təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.