ADU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümünə həsr olunan tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rektorun müşaviri Anar Osmanlı AXC-nin yaranma tarixindən bəhs edib və bu tədbirin tələbələrin maariflənməsində mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova Dilqəm Əhmədin Cümhuriyyət dövrünün araşdırmaçılarından biri olduğunu bildirib, eyni zamanda həmin dövrlə bağlı nadir sənədlərin məhz onun kolleksiyasında mövcud olduğunu diqqətə çatdırıb.
Tədbirdə qonaq qismində iştirak edən jurnalist Dilqəm Əhməd AXC qurucularının keçdiyi şərəfli yoldan bəhs edib.
Daha sonra Dilqəm Əhmədin Cümhuriyyət sərgisi keçirilib. Sərgidə AXC dönəminə aid gerb, sənədlər, fotolar, M.Ə.Rəsulzadənin məktubları və şəxsi imzası olan kitablar, qəzet və jurnallar nümayiş olunub. D.Əhməd sərgidəki bütün foto və sənədlər barədə ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, tədbirdə AXC qurucularına həsr olunan təqdimat nümayiş olunub.















