Şagirdlər arasında “Çini tanıyaq” mövzusunda müsabiqə
22 may, 2018
Təcrübəçi tələbələrin təşkilatçılığı ilə 47 saylı Ağdam məcburi köçkün tam orta məktəbində “Çini tanıyaq” mövzusunda müsabiqə keçirilib.
Müsabiqədən əvvəl tələbələr Çinlə bağlı yazılı məlumatı hər biri 5 şagirddən ibarət 2 komandaya veriblər, 3 gün sonra həmin şagirdlər sinif otağına dəvət olunub və verilmiş mətnə dair 15 sualı cavablandırıblar. Qaliblər məktəbin direktoru və ADU nümayəndələri tərəfindən müəyyən edilib.
Məktəbə səfər etmiş ADU-nun Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev, ADU-nun nəzdində Konfutsi İnstitutunun direktoru xanım Li və Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşlarının iştirakı ilə müsabiqənin qalibləri mükafatlandırılıb, hədiyyələr təqdim edilib.