XƏBƏRLƏR

Alman professoru ADU-da jurnalistlərlə görüşüb

14 iyun, 2018

İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

Ölkənin bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman bir sıra vacib məqamlara toxunub.

Z.Hartman Azərbaycana gəldiyi ilk dönəmləri xatırlayaraq ölkənin tarix və müasirliyi özündə birləşdirməsinə vurğun olduğunu bildirib: “Birinci dəfə həyat yoldaşımla Bakıya gələndə şəhərin görünüşündən valeh olmuşdum. Orta əsrlər İçərişəhəri, Xəzər dənizi və tamamilə yeni şəhər-bunların vəhdəti əfsanəvi bir təsir bağışlayırdı. Azərbaycanlıların qonaqpərvərliliyi çox m