XƏBƏRLƏR

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın növbəti təqdimatı

14 mart, 2018

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın silsilə təqdimatları keçirilir. Növbəti belə tədbir martın 13-də ADU Multikulturalizm Elmi–Tədqiqat Laboratoriyasında (ETL) təşkil olunub.

Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli dövlətimizin multikulturalizm siyasətinin vacibiyindən və universitetdə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Cənab Prezident İlham Əliyev və multikulturalizm siyasəti: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında: seçilmiş fikirlər” kitabının (Azərbaycan, rus və ingilis dillərində) əsasında” mövzusunda məruzə ilə çıxış edib. O, multikulturalizm, islam həmrəyliyi və tolerantlıq mövzuları haqqında məlumat verib, kitabın alimlər və tələbələr üçün mükəmməl vəsait olduğunu bildirib.

Multikulturalizm ETL-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Müasir Azərbaycanda multikulturalizm, dini və etnik icmalar” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda mövcud olan dini və etnik icmalara tarixi baxış, onlara müsair dövrdə dövlətimizin qayğısından bəhs edib.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekan müavini Əli Məmmədov isə “Multikulturalizm Azərbaycan milli siyasətinin ideoloji əsası kimi” mövzusunda mühazirə oxuyub, ölkəmizdə yaşayan çoxsaylı etnik qrupların ölkəmizin multikultural üstünlüyü olduğunu qeyd edib.

Xarici dillərin metodikası kafedrasının müəllimi Könül Fərəcbəyli “İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri zamanı cənab İlham Əliyevin çıxışından” mövzusunda mühazirə oxuyub, yəhudi və Azərbaycan xalqlarının qardaşlığından, dostluğundan söhbət açıb.

ADU-nun Multikulturalizm ETL-nın müdiri, dosent İrina Kunina çoxmədəniyyətliliyin, multikultural mühitin Azərbaycanın zənginliyi olduğunu bildirib.

Sonda tələbələr də mövzu ilə bağlı fikirlərini bölüşüblər.