XƏBƏRLƏR

ADU-nun  Frankofoniya Universitet Mərkəzində təlim keçirilib

31 yanvar, 2018
Yanvarın 31-də Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Frankofoniya Universitet Mərkəzində ADU-nun fransız dili müəllimləri üçün “Elmi-tədqiqat işlərinin aparılmasında İKT-nin tətbiqi” mövzusunda təlim keçirilib. 3 gün davam edəcək təlim mərkəzin müdiri, f.e.d. Gülnarə Sadıxovanın təşəbbüsü əsasında, ADU ilə Frankofoniya Universitet Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilir. ADU-nun 30-a yaxın fransız dili müəlliminin iştirak etdiyi təlim Moldova Dövlət Universitetinin dosenti Silvia Qutu tərəfindən aparılır. Təlimin əsas məqsədi gənc tədqiqatçılara internet resurslarından istifadə zamanı əldə edilən materiallardan düzgün yararlanmaq yollarını aşılamaqdır. Qeyd edək ki, təlimin maliyyə dəstəyi Beynəlxalq Frankofoniya Agentliyi tərəfindən təmin edilib və təlimdə iştirak edən müəllimlərə beynəlxalq sertifikat veriləcək.