XƏBƏRLƏR

ADU-da Milad bayramı qeyd olunub

15 dekabr, 2017

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə Milad bayramına həsr olunan tədbir keçirilib.

Xeyriyyə məqsədi ilə keçirilən bayram tədbiri çərçivəsində universitetin həyətində piştaxtalar qurulub və müxtəlif təamlar, şirniyyat və qəlyanaltı növləri tələbələr tərəfindən satışa çıxarılıb. Satışdan əldə edilən gəlir hesabına uşaq evlərinə yardım göstərilməsi nəzərdə tutulur.

Tədbirdə eyni zamanda alman və ingilis dillərində müxtəlif şeirlər, mahnılar səsləndirilib.